Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatır

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatır

"Yanvarın 23-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib,  Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə(Ordubad), Qrızda 1 mm qar yağıb".

Ekonews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, Nabran, Şabranda 2,  Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb:

"Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb".

U.Tağıyeva qeyd edib ki, havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta təşkil edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR