Neft, OPEC qeyri-müəyyənliyi ilə ucuzlaşır

Neft, OPEC qeyri-müəyyənliyi ilə ucuzlaşır

Neft qiymətləri, OPEC və ortaqlarının hələ də yığıncaq tarixini təyin edə bilməmələri ilə əlaqədar olaraq düşür. 

OPEC və ortaqları hasilatın azaldılması müqaviləsinin uzadılmasının müzakirə ediləcəyi yığıncağın tarixini təyin etmədə çətinlik çəkirlər. Digər tərəfdən ABŞ iqtisadi məlumatları zəifləyən tələbə işarə edir. 

Neft qiymətləri, ABŞ-da artan ehtiyatlar və ABŞ ilə Çin arasında uzanan ticarət anlaşılmazlığının tələbə mənfi təsir etməsilə Aprel ayının sonlarından bu yana təxminən 22% düşüb.

Bakı vaxtı ilə saat 11:35-ə olan məlumata görə, Brent nefti 0,6% ucuzlaşma ilə 60,58 dollardan alıcı tapıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR