Neft qiymətləri kəskin düşüb

Neft qiymətləri kəskin düşüb

Bu gecə Brent nefti 3,4% ucuzlaşaraq barelinin qiyməti 62.64 dollara, ABŞ xam nefti isə 3% ucuzlaşaraq bareli 56.98 dollara düşüb.
EkoNews xəbər verir ki, neftin kəskin ucuzlaşmasının səbəbi ABŞ Prezidenti Donald Trampın BMT tribunasında Çin ilə bağlı çıxışıdır.

Donald Tramp, 2001-ci ildə Çinin Dünya Ticarət Təşkilatına üzv qəbul olmasının ABŞ-a ziyan vurduğunu, ABŞ-da 60 mindən artıq zavod və fabrikin bağlandığını bildirib.

Tramp, "Biz ədalət axtarırıq. Heç bir şəkildə Amerikan xalqı üçün pis bir müqaviləni qəbul etməyəcəyəm. Bir tərəfdən də Honq Konqdakı vəziyyəti yaxından izləməyə davam edəcəyəm. Çin beynəlxalq müqavilələrə riayət etməlidir. Pekinin hüququn üstünlüyü barəsindəki sözlərini yerinə yetirməlidir. ABŞ heç bir ölkə ilə qarşıdurma axtarmır. Ancaq mən heç vaxt ABŞ-ın maraqlarını qorumaqdan geri durmayacağam" deyib. / "Marja" 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR