Neftçilər təhlükəli havaya görə dənizdən çıxarılır

Neftçilər təhlükəli havaya görə dənizdən çıxarılır

Noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.
 
EkoNews xəbər verir ki, SOCAR-dan  verilən məlumata görə, hazırda 150-ə yaxın əməkdaşımız sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR