07 Noyabr, 11:21   |    Baxış sayı: 41

"Neftin qiyməti 70 dollardan da aşağı düşəcək" - ŞƏRH

EkoNews xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketinin neftin dünya bazarındakı qiymətinə necə təsir edəcəyindən danışıb. Qeyd edib ki, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı:
 
"Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub. Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik."