Nəhəng firmalar Çindəki istehsalını dayandırmaq istəyir

Nəhəng firmalar Çindəki istehsalını dayandırmaq istəyir

HP, Dell, Microsoft, Apple kimi texnologiya nəhəngləri Çindəki istehsallarını dayandırmaq istəyir.


EkoNews xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-la ticarət savaşına davam edən Çinin dövlət başçısı Xi Jinping 2015-ci ildə 2020-ci ilə qədər ölkədəki yoxsulluğu bitirəcəyini demişdi.


Son 30 ildə ölkədə yaşayan kasıb insanları sayı 750 milyondan 16 milyona qədər düşüb. Xi Jinpingin hədəfinin tamamlanması üçün bu il 16 milyon adam yoxsulluqdan xilas olmalıdır.


Nəhəng şirkətlərin Çindən çıxmaq istəməsi isə bu hədəfin yerinə yetməsini ləngidəcəyi gözlənilir.


Yayılan məlumatlara görə Apple şirkəti istehsallarını Çindən başqa ölkəyə keçirmək üçün artıq danışıqlara başlayıb.

 

Şirkətlərin Çindən çıxmaq istəməsinin səbəbi isə Çinin ABŞ-la olan ticarət savaşını davam etdirməsidir.

 

Məlumata görə, "Nikkei”, "Google”, "Amazon”, "Sony” kimi şirkətlər də istehsallarını Çindən çıxarmağı planlayır.

 

Nigar

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR