Nəqliyyat eksperti: “Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü...”

Nəqliyyat eksperti: “Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü...”

"Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü səhər taksi fəaliyyəti ilə məşğuldur”.

Bu sözləri Qaynarinfo-ya nəqliyyat üzrə ekspert Elməddin Muradlı yanvarın 15-də Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən toxunduğu nəqliyyatla bağlı bir sıra problemləri, eləcə də taksi avtomaşınlarının keyfiyyəti ilə bağlı verdiyi tapşırıqları şərh edərkən saytımıza açıqlamasında deyib.

Ekspert Azərbaycanda taksi fəaliyyətində olan nəqliyyat vasitələrinin keyfiyyətsiz və yararsız olduğunu bildirib:
 


"Azərbaycanda taksi fəaliyyəti yeni formalaşmaqdadır. Bu xidmət növü əvvəlki illərə nisbətən müasirləşməkdədir. Artıq bir neçə taksi şirkəti fəaliyyət göstətir. Bu şirkətlər əvvəllər Bakı şəhərində fəaliyyət göstərirdisə, artıq Azərbaycanın bölgələrində də taksi şirkətlərinin faəliyyətlərinə rast gəlirik. Amma taksi xidmətində olan avtomobillərin keyfiyyəti bu gün müzakirə mövzusudur. Həqiqətən də bu gün takis şirkətlərində elə avtomobillər var ki, istifadəyə yararsızdır. Vətəndaşları həmin avtomobillərlə daşımaq təhlükəlidir”.

Elməddin Muradlı qeyd edib ki, bu vəziyyət taksi xidmətindən istifadə edən insanlarda "diskomfort” yaradır:

"Ona görə Prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə tapşırıqları məhz bu istiqamətdə oldu. Taksi fəaliyyəti təkmilləşdirilməlidir. Həqiqətən də buna böyük ehtiyac var. Hər bir nəqliyyat vasitəsi taksi xidməti üçün yararlı ola bilməz. İstismar dövrünü başa vurmuş avtomobillərlə taksi xidməti yolverilməzdir. Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü səhər taksi fəaliyyəti ilə məşğuldur. Salonda iylənmiş ət iyindən oturmaq olmur. Odur ki, bu sahəyə ciddi nəzarət olmalıdır. Bakı şəhərində bunun üçün müəyyən addımlar atmaq mümkündur. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər fərqlənmə nişanları almalıdır. Onlar üçün yer müəyyənləşdirilməli və şərait yaradılmalıdır. Taksilər üçün duracaqlar yalnız fərqlənmə nişanı olan taksilərə verilməlidir. Digər taksi sürücüləri də məcbur olanda gəlib fərqlənmə mişanı alacaqlar”.

Ekspert vurğulayıb ki, sürücülər fərqlənmə nişanı alarkən idarə etdikləri avtomobillərə vizual baxış keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR