NOKİA: 90-cı illərin sevimli telefonu niyə yoxa çıxdı?

NOKİA: 90-cı illərin sevimli telefonu niyə yoxa çıxdı?

90-cı və 2000-ci illərin əfsanəvi mobil telefon markası olan "Nokia” telefon bazarında demək olar ki, yer almır. O "Apple” və "Sumsung” kimi markalara uduzur. Son aylar isə "Xiomi” model telefonlar dəbdədir.

Bəs, bütün bu rəqabət içərisində illər öncə insanların sevimli telefonuna çevrilən "Nokia” niyə uğursuzluğa düçar olub?

Mütəxəssislər deyir ki, "Nokia”nın rəqiblərinə uduzmağının bir çox səsi var. İlk səbəbi "Symbian” əməliyyat sistemində olmasıdır. Baxmayaraq ki, "Nokia 5110” markası ilə şirkət 1998-ci ildə böyük qazanc əldə etdi, 2000-ci illərin sonlarında "iPhone” və "Android” sistemli telefonlara məğlub olub.  

Ikincisi isə tam ekranlı telefonlar və sensor ekranlı klaviaturaların bazara buraxılması olub. "Android” sistem isə asan istifadəsi ilə seçilib. Rəqibləri ilə eyni xüsusiyyətləri daşımayan "Nokia” bir müddət öncə yeniləndiyini açıqlasa da, "iPhone”un bazarda yerini möhkəmləndirməsi, "Nokia”nı bir daha kölgədə qoyub.

Şirkətin üçüncü səhvi isə uğursuz marketinq ilə məşğul olmasıdır. ”Nokia” reklamlarını tam sürətlə davam etdirsə də, "Apple” və "Samsung” kimi yenilikçi rəqiblərinə yeni bir xüsusiyyət və ya maraqlı bir mesaj verə bilməyib.

2012-ci ildə "Samsung” yeniliklər edərək məşhur telefon markasına çevrilib. O, hətta "Apple” telefonlarını da keçib. Cənubi Koreyanın elektron istehsalçısı 2012-ci ilin ilk üç aylıq dövründə "Sumsung”dan  3,65 milyard dollar gəlir əldə edib. Bu rəqəm 2011-ci ilin birinci rübündəkindən 22% daha çox satış demək idi. O zaman "Nokia” televiziya reklamlarına üstünlük verirdi. Lakin yenə də istədiyi uğuru əldə edə bilmədi. 2012-ci ilin sonunda "iPhone 5” "Forward Thinking" şüarı ilə təqdim olundu və "Nokia”nın "Connecting People" şüarını üstələdi. 
 
Şirkətin növbəti səhvi telefon bazarında yanlış mövqe tutmasıdır. "Nokia” ABŞ bazarı üçün xüsusi telefonlar yaratmaq üçün gecikdi və yerli satıcılarla birləşə bilmədi. Bu vəziyyət onsuz da azalmış bazar payını daha da azaltdı.

2009-cu ildə "Nokia bazarda yaxşı pul qazansa da, bu uğurunu axıra kimi saxlaya bilməyib. O dövrdə "Apple” 20 milyon ədəd satarkən, "Nokia” 432 milyon ədəd telefon satmışdı. Çin bazarında 35 və Hindistanda 54% ilə "Nokia” dünya bazarının otuz dörd faizini zəbt edib. ABŞ mobil sənayedə digər şirkətlərlə dostlaşarkən, "Nokia” dünyanın ən böyük mobil telefon istehsalçısı olmaqdan qürur düyüb, yeniliklər etməməyə başlayıb. Buna görə vaxt keçdikcə qazancı sürətlə düşüb.

"Samsung”, "Apple”, LG və "Blackberry” kimi markalar tezliklə "Nokia”nın səhvlərindən dərs aıld desək, yerinə düşər.

Telefon ustası Nəriman Zeynal isə musavat.com saytına açıqlamasında qeyd edib ki, "Nokia” rəqabətə dözməyib:

"Smartfon satışı ilə dünyada yayılmağa başlayanda "Nokia” şirkət olaraq proqram seçimini düz etməyib. Çünki bir telefon üçün "Windows phone” əməliyyat siistemi seçmək yanlışlıq idi.  Ona görə də Android ve ya İOS ilə rəqabət apara bilmədi. Demək olar ki, sıxışdırılıb, bazardan çıxarıldı. Son illər isə "Nokia” Android sistem ilə bazara qayıdıb. Android sistem daha asan olduğu üçün "Nokia” da satılmağa başlayıb. Yavaş-yavaş bazarda payını alsa da, heç vaxt "Sumsung”, "Sony” və "Xiomi”ni üstələyə bilməyəcək”. //Musavat

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR