Notr-Dam kilsəsi yenidən dağıla bilər

Notr-Dam kilsəsi yenidən dağıla bilər

Fransanın Mədəniyyət Nazirliyi Paris Notr-Dam kilsəsinin yenidən dağılmaq təhlükəsi olduğunu bildirib.

Şəhərdəki anomal istilər nəticəsində kilsə qübbələrindəki konstruksiyaların düşməsi halları qeydə alınıb. 

Nazirlikdən o da bildirilib ki, yanğından sonra Paris Notr-Dam kilsəsində restavrasiya işlərinə başlanılmayıb, hələ ki, dağılmaların qarşısı alınır. 

Qeyd edək ki, aprelin 15-də yanğın zamanı Paris Notr-Dam kilsəsinin damının üçdə iki hissəsi uçub, o cümlədən qotik üslubunda tikilmiş qüllə tamamilə dağılıb. İlkin məlumatlara görə,  yanğına səbəb bərpa işləri zamanı ehtiyatsızlıqdan baş verib. 
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR