Növbəti 5 il ərzində Dövlət Neft Fondunun aktivlərinin 14% artacağı proqnozlaşdırılır  FACEBOOKWHATSAPP

Növbəti 5 il ərzində Dövlət Neft Fondunun aktivlərinin 14% artacağı proqnozlaşdırılır FACEBOOKWHATSAPP

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti 5 il müddətinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artımı proqnozlarını açıqlayıb.

"Report” İMF-in yeni hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuna ARDNF-in aktivlərinin həcmi 40,986 mlrd ABŞ dolları olacağı proqnozlaşdırılır.

2020-ci ildə isə İMF-in proqnozlarına əsasən, Fondun aktivlərinin həcmi 2019-cu illə müqayisədə 1,435 mlrd dollar və ya 3,5% artaraq 42,421 mlrd dollar təşkil edəcək.

İMF-in hesabatına əsasən, 2021-ci ildə Neft Fondunun aktivlərinin həcmi 43,361 mlrd dollar olacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ildə proqnozlaşdırılandan 940 mln dollar və ya 2,22% çox olacağı gözlənilir.

2022-ci ildə ARDNF-in aktivlərinin həcminin 385 mln dollar və ya 0,9% artaraq 43,746 mlrd dollar olacağı proqnozlaşdırılır. 2023-cü ildə aktivlərin həcmi 137 mln dollar və ya 0,32% artaraq 43,884 mlrd dollar olacağı proqnozlaşdırılır.

İMF-in açıqladığı hesabata görə, 2025-ci ilin əvvəlinə Dövlət Neft Fondunun aktivlərinin həcmi 43,942 mlrd dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə cəmi 59 mln dollar və ya 0,13% çoxdur. Bu rəqəm 2019-cu illə müqayisədə isə 2,956 mlrd dollar və ya 7,2% çoxdur. 2018-ci ilin göstəricisi ilə müqayisədə isə bu rəqəm 5,427 mlrd dollar və ya 14,1% çoxdur.

Qeyd edək ki, bu ilin I yarısında ARDNF-in aktivləri 10,25% artaraq 42 463,7 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunub, investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%), 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR