OnePlus 8 Pro'nun texniki göstəriciləri haqqında məlumat verildi

OnePlus 8 Pro'nun texniki göstəriciləri haqqında məlumat verildi

Teme ləqəbli insayder OnePlus 8 Pro-nun texniki göstəriciləri barəsində məlumat verib. Verilmiş məlumat sızıntısına inansaq, OnePlus 8 Pro modeli 2K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək və təsvirin 120 Hz tezlikli yenilənməsini dəstəkləyəcək. Bu barədə Gagadget saytı xəbər verib.
 
EkoNews xəbər verir ki, smartfon həmçinin 5G modemi özündə birləşdirəcək Snapdragon 865 prosessoruna, 8/12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq. Bununala yanaşı OnePlus 8 Pro modeli Warp Charge adlı sürətli şarj texnologiyalı 4100 mAh və ya daha böyük batareya həcmi ilə təchiz oluna bilər. Smartfonda 4 arxa kameranın olacağı gözlənilir. OnePlus 8 Pro adi OnePlus 8 ilə birlikdə gələn ilin ikinci rübündə təqdim olunmalıdır. Smartfon Avropada təqribi olaraq 900 avroya satılacaq./Technote.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR