OPEC 2019-da hasilatı azaltmağı qiymətləndirəcək
08 Noyabr, 14:19   |    Baxış sayı: 17

OPEC 2019-da hasilatı azaltmağı qiymətləndirəcək

OPEC-in gələn il hasilatı azaltmağı qiymətləndirəcəyi gözlənilir.

Səudiyyə Ərəbistanı, Rusiya və digər neft istehsalçıları ABŞ Prezidenti Donald Tramp tərəfindən gözlənilməz siyasi təzyiqin təsiri ilə istehsalı artırıblar. İndisə ABŞ-da ara seçkiləri geridə qalıb. OPEC şist neftinin tarixi yüksəlişinə qarşı hərəkətə keçə bilər.

"Rapidan Energy Advisors"ın rəhbəri Bob Mcnally, "OPEC-in mesajı bu şəkildə görünür: "Kəmərlərinizi bağlayın". OPEC, istehsalı əhəmiyyətli şəkildə artırmağa hazırlaşır kimi görünür",- deyib.

Bəzi nümayəndələrə görə, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, Bazar günü Abu Dabidə görüşərək neft bazarını müzakirə edəcəkdir. Variantlar arasında  gələn il yenidan hasilatın azaldılması da var. Adlarının açıqlanmasını istəməyən nümayəndələrə görə, bəzi qrup üzvləri ABŞ-da artan neft ehtiyatlarından narahatdırlar. //Marja.az