OPEC istehsalın azaldılması üzrə razılaşmanı uzatmaq niyyətindədir

OPEC istehsalın azaldılması üzrə razılaşmanı uzatmaq niyyətindədir

Bu həftə OPEC və müttəfiqlər tərəfindən neft hasilatının azaldılması razılaşmasının uzadılması gözlənilir. İran da öz tərəfindən razılaşmanın uzadılmasının tərəfdarıdır.


İranın neft naziri Bijan Zəngənə sözlərinə görə, o razılaşmanın 6-9 ay uzadılması təklifini dəstəkləyəcək.


"Bu, çox asan bir görüş olacaq, çünki mənim mövqeyim çox aydındır", - deyə B. Zəngənə qeyd edib.


Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın aşıqlamasına görə, Rusiya ilə Səudiyyə Ərəbistan neft hasilatının azaldılmasına dair müqavilənin altı aydan doqquz aya qədəruzadılması barədə razılığı artıq əldə ediblər.


Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Dünən razılaşmanın vaxtı bitib.


Bu gün Vyanada OPEC ölkələrinin iclası iyulun keçiriləcək. Qeyri-OPEC ölkələrin görüşü isə iyulun 2-də baş tutacaq. Görüş zamanı tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb-uzadmaması barədə bir qərara gəlməlidirlər.

 

Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR