“Panasonic” mikroçip istehsalı üzrə biznesini Tayvan şirkətinə satacaq

“Panasonic” mikroçip istehsalı üzrə biznesini Tayvan şirkətinə satacaq

Yaponiyanın "Panasonic” korporasiyası restrukturizasiya, eləcə də Çin və ABŞ arasındakı ticarət anlaşılmazlığı ilə əlaqədar yaranan müxtəlif maneələrə görə mikroçip istehsalı üzrə biznesini Tayvanın "Nuvoton Technology” şirkətinə satacaq.

Bu barədə cümə axşamı "Nikkei” qəzeti məlumat yayıb.

Söhbət yarımkeçiricilərin hazırlanması, istehsalı və satışı ilə məşğul olan törəmə "Panasonic Semiconductor Solutions” şirkətindən gedir.

"Panasonic” son illərdə avtomobil istehsalçıları ilə əməkdaşlıq və elektromobillərdə akkumlyator sistemlərinin idarə edilməsi üçün komponentlər tədarükü hesabına mikroçip biznesinə yeni təkan verməyə çalışıb. Amma bu sahənin bərpası mümkün olmayıb. 2018 maliyyə ilinin sonunda (2019-cu ilin martında başa çatıb – red.) "Panasonic Semiconductor Solutions” şirkətinin zərəri, təxminən, 215 milyon dollar təşkil edib.

"Nuvoton Technology” isə öz növbəsində, "Hewlett-Packard” (HP), "Dell” və "Microsoft” şirkətlərini mikrokontrollerlər və mikrosxemlərlə təchiz edir.

Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR