Pirallahı Sənaye Parkının rezidenti dəyişib
07 Noyabr, 15:29   |    Baxış sayı: 32

Pirallahı Sənaye Parkının rezidenti dəyişib

İqtisadiyyat Nazirliyi "R-Pharm" şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verib.

 

Əvvəllər bu sənaye parkında dərman istehsal edən müəssisə yaratmaq hüququ Azərbaycan-Rusiya birgə müəssisəsi "Hayat Farm"a məxsus idi.

 

"R-Pharm" Rusiyanın yüksək texnoloji əczaçılıq şirkətidir.

 

"Hayat Farm" şirkəti Azərbaycanın "Vita-A” investisiya şirkəti və Rusiyanın "R-Pharm” şirkəti tərəfindən birgə yaradılıb. //Marja.az