Polisə tabe olmayan sürücülərin sayı niyə artıb? - Vaqif Əsədov açıqladı

Polisə tabe olmayan sürücülərin sayı niyə artıb? - Vaqif Əsədov açıqladı

Son vaxtlar yol polisinə tabe olmayanların sayı artıb. Ötən gün taksi sürücüsü onu saxlayan yol polisini söyərək təhqir edib. Dünən isə bir gənc oğlan yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qadağan olunmuş yerdən yolu keçərək, həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. 
Bəs son günlərdə belə halların artması nə ilə bağlıdır?

EkoNews Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Yeni Sabah”a bildirib ki, bu cür addım atanlar layiqli cəzalarını alırlar:

"Polisə qarşı müdaxilə edən, polisin fəaliyyətinə mane olan, təxribat xarakterli hərəkət edənlərin sayı çoxalmayıb. Sadəcə olaraq, intizama meyilli olanlarla yanaşı inzibati xəta törədib, məsuliyyətdən yayınmaq niyyətində olan adamlar da var ki, onlar layiqli cəzalarını alırlar. Dünənki piyada 20 gün inzibati həbs cəzası alıb. Hələ ictimaiyyətdə işıqlandırılmayan belə hadisələr də var".

V.Əsədov bildirib ki, bütün dünyada polislər sevilmir:

"Bütün dünyada, inkişaf etmiş ölkələrdə cinayətkarların polisi sevmədiyi kimi, intizamsızlığa meylli olan şəxslər də yol polisini sevmir. Bu gün polisin vəzifəsi, asayişi qorumaq, təhlükəsizliyi təmin etmək və bu istiqamətdə funksional vəzifələrini yerinə yetirməkdir. 

Biz polis olaraq, vətəndaşların məmnunluğunu qazanmaq, onların polisə inancını daha da artırmaq istəyirik. Ona görə də hər zaman inzibati tənbeh tədbirləri görmək istəmirik. İstəyirik ki, profilaktik tədbirlər həyata keçirək, insanların rəğbətini daha çox qazanaq. Həç də əbəs yerə deyil ki, bu gün istənilən vətəndaş, hətta vəzifə sahibləri də hər hansısa bir problemlə üzləşirsə, dərhal DİN-in 102 və yaxud 902 24 saat aktiv telefon xətti yada düşür və nicatlarını orda tapırlar". 

"Polis bu ölkənin vətəndaşıdır, bizlərdən biridir. Onun da valideyni var, ailəsi var. Polis dövlətə, dövlətçiliyə xalqa xidmət edir. Ola bilər ki, bir neçə nəfər polisin fəaliyyətini qəbul etməsin, bu da başa düşüləndir. İnanın ki, yay-qış, şənbə-bazar fərq etməz, polis 24 saat xidmətdədir", - deyən polkovnik hamını təhlükəsizliyin qayğısına qalmağa çağırıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR