Prezident Administrasiyasının yeni rəhbəri kimdir - DOSYE

Prezident Administrasiyasının yeni rəhbəri kimdir - DOSYE

Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.

EkoNews Samir Nuriyevin dosyesini təqdim edir.

Samir Rafiq oğlu Nuriyev

Doğulduğu tarix və yer: 09.03.1975, Bakı şəhəri

Təhsili: 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.

Əmək fəaliyyəti:

1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışmışıdır.

2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR