Prezident: “Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb”

Prezident: “Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb”

"Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır”.

Ekonews xəbər verir ki, bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur:

"Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR