Prezident Mingəçevirdə açılışlar etdi (FOTO/YENİLƏNİB)

Prezident Mingəçevirdə açılışlar etdi (FOTO/YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gedib.

Ekonews xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

Daha sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

İlham Əliyev bu gün həmçinin Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR