Prezident STM əməkdaşlarını “Cümhuriyyət medalı” ilə təltif etdi - FOTOLAR

Prezident STM əməkdaşlarını “Cümhuriyyət medalı” ilə təltif etdi - FOTOLAR

İyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlarına medallar  təqdim edildi.

Təqdimetmə mərasimində  STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edərək, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının əhəmiyyətindən danışıb.  Mərkəz rəhbəri  dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı ilə bağlı qeyd edib ki,  bu, Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir. 


Zahid Oruc bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifəsini təşkil edir və bununla bağlı prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. 

O, Sosial Tədqiqatlar Mərkəzinin qarşısında dayanan missiyanın da Azərbaycan Respublikasının inkişafı ilə bağlı fəaliyyət olduğunu bildirib. 

STM rəhbəri Cümhuriyyət tarixinin tədqiq olunmasında, təbliğində, o cümlədən Azərbaycan dövləti ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qurulmasında və qorunmasında müstəsna xidmətlər sahibi olan Ulu Öndər Heydər Əliyev ideallarına sədaqət göstərən və ictimai-siyasi həyatda fəallıqlarına görə təltif edilən əməkdaşları - Elşad Mirbəşir oğluna, Tahirə Allahyarovaya və Əfqan Vəliyevə medalları təqdim etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR