"Mənzil bazarında çox ciddi bir pasivlik yaranıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak üzrə ekspert Ramin Osmanlı deyib. Onun sözlərinə görə, buna səbəb dolların bahalaşması ilə bağlı gəzən söz-söhbətlərdir:
"Mənzil bazarında vəziyyət sabit olaraq qalır. Qiymətlərdə hər hansı artım və azalma müşahidə olunmur. Bazar psixoloji bir dönəm yaşayır. Ümumi bazarda çox ciddi bir passivlik yaranıb. Prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir”.
Ramin Osmanlı qeyd edib ki, əgər vəziyyət belə davam edərsə, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri kimi mənzil bazarında da qiymət dəyişmələri olacaq:
"Yəni, mənzillərin qiymətində enmələr olacaq”.