Qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma faktları artıb

Qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma faktları artıb

Gömrükdə qaçaqmalçılıq faktlarının sayı artıb.

EkoNews Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində 361 qaçaqmalçılıq faktı qeydə alınıb. Ötən ilin eyni dövründə bu say 275 idi.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər daha çox artıb. Bu istiqamət üzrə cinayət xarakterli fakt 131-dən 237-ə yüksəlib.

Gömrük ödənişlərinin ödənilməsindən yayınma halı da artıb. Əgər ötən ilin 7 ayı ərzində Gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə 5 fakt aşkar etilmişdirsə, bu ilin eyni dövründə 9 fakt aşkar edilib.

Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə üzrə cinayət xarakterli fakt 18-dən 14-ə düşüb.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR