Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər

Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər

Azərbaycanda bu və ya digər layihənin maliyyələşdirilməsi üçün milli valyutanın istifadəsinə imkan yaranacağı təqdirdə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə manat istiqrazları buraxa bilər.

Bunu  müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, əsas məsələ maraqlı layihələr tapmaqdır:

"Layihələr olanda maliyyələşmə mənbələri məsələsini həll etmək lazım olacaq. Bu günədək biz layihələri maliyyələşdirmək üçün dollar və avrodan istifadə edirdik. Amma indi görürük ki, yerli bazarda pul cəlb etmək imkanı yaranıb ki, bu, bizim üçün yeni vəziyyətdir. Biz əvvəlcə layihə seçəcəyik və maliyyələşmə üçün milli valyutadan istifadə imkanlarını nəzərdən keçirəcəyik. Bu cür imkan olarsa, Azərbaycan manatında istiqrazların buraxılışını davam edəcəyik”. / Trend

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR