Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına 7,2 milyon manat xərcləndi

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına 7,2 milyon manat xərcləndi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ mühsaribəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına dair "Saray-H” Mənzil Tikinti Kooperativi və fiziki şəxslər Misirxan Feyruz oğlu Əliyev və Asif Akif oğlu Əsədzadə ilə toplam dəyəri 7185066 manat olan 3 müqavilə imzalayıb.


EkoNews Finans.az-a istinadla xəbər verir ki, bu satınalma müqabilində qaliblərə müvafiq olaraq 5949645 manat, 605550 manat və 629871 manat ödəniləcək.

 

Xatırladaq ki, nazirlik 2017-ci ildə Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınmasına görə "Saray-H” MTK-ya 641550 manat ödəyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR