Qaradağda elektrik enerjisi olmayacaq - DİQQƏT!
12 Aprel, 11:36   |    Baxış sayı: 89

Qaradağda elektrik enerjisi olmayacaq - DİQQƏT!

Bu gün saat 12.30-dan 16-00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

Məlumata görə, fasilə 110 kVt-luq 5-ci Xırdalan hava EVX-i və 110/35/6 kv-luq 137 saylı Yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə "Azərişıq” istehlakçılarından üzr istəyir. //Report