Qatlana bilən Motorola RAZR smartfonunun təqdimat tarixi bilindi

Qatlana bilən Motorola RAZR smartfonunun təqdimat tarixi bilindi

1 il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Motorola brendi sonunda qatlana bilən Motorola RAZR smartfon modelinin təqdimat tarixini elan edib.
EkoNews xəbər verir ki, bu barədə Cnet.com saytı məlumat verib. Beləliklə təqdimat tədbiri 13 noyabr tarixində baş tutacaq. Tədbirin sloqanı isə "An original unlike any other”dır. Qatlana bilən yeni Motorola RAZR modeli Voyager kod adına sahibdir.

 Son məlumat sızıntılarına əsasən smartfon 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800x600 piksel keyfiyyətli əlavə ekraan, Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 27 vatt gücündə TurboPower adlı sürətli şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir. Çox güman ki, yeni Motorola RAZR modeli məhdud sayda bir sıra ölkələrdə satışa çıxacaq. /Technote



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR