Qazaxıstanda neft məhsullarının daşınması qaydasında dəyişiklik edildi

Qazaxıstanda neft məhsullarının daşınması qaydasında dəyişiklik edildi

Qazaxıstanın Daxili İşlər, Maliyyə, Enerji nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi tərəfindən imzalanan birgə əmrə görə, neft məhsullarının avtomobil nəqliyyatı vasitəsilə xaricə daşınmasına 6 ay qadağa qoyulur.

EkoNews "Report”a istinadən xəbər verir ki, yalnız yanacaq baklarında və ya ayrıca qablarda daşınan 20 litrədək yanacaq məhsullarına şamil olunmayan bu qadağa noyabrın 2-dən qüvvəyə minib.

Bundan əvvəl benzin və dizel yanacağının qonşu Özbəkistan, Qırğız Respublikası və Rusiyadan ucuz olduğu səbəbindən həmin ölkələrlə sərhədboyu bölgələrdə tranzit nəqliyyat vasitələri tərəfindən yanacaq və sürtgü materiallarının ifrat həcmdə istehlak olunduğu açıqlanmışdı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR