Microsoft”un təsisçisi Bill Qeyts kompaniyanın direktorlar şurasını tərk etmək qərarına gəlib.
EkoNews "Microsoft”un yaydığı məlumata istinadən xəbər verir ki, Qeyts bu addımı xeyriyyə faəliyyətinə daha çox vaxt ayırmaq üçün atıb. Daha əvvəl kompaniyanın icraçı direktoru vəzifəsini də o, bu səbəbdən tərk edib.
Lakin Qeyts kompaniyanın özündə baş direktor Satya Nadella və kompaniyanın digər rəhbərlərinin məsləhətçisi kimi qalacaq.
Xatırladaq ki, Qeyts dünyaca məşhur korporasiyanın əsasını 1975-ci ildə müttəfiqi Pol Allenlə bərabər qoyub.