Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ

Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ

"SP Global Ratings" agentliyi bu il G20 ölkələrinin yarısından çoxunu əhatə edən qlobal bank sektorunun 2023-cü ilədək böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcəyini proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, pandemiya başlayandan qlobal bank sektorunda 335-dən çox maliyyə institutununu müxtəlif göstəricilər üzrə reytinqləri endirilib və bankların dayanıqlıq reytinqlərinin böhrandan əvvəlki səviyyələrə qayıtmaqda çətinlik çəkəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin banklarının 2020-ci ildə kredit itkilərinin kəskin artacağı ehtimalı yüksəkdir. Eyni zamanda, sonrakı illərdə vəziyyətin tədricən yaxşılaşması üçün potensialın olduğu da qeyd edilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR