Qlobal borc rekord həddə - 251 trilyon dollar

Qlobal borc rekord həddə - 251 trilyon dollar

Bu ilin I yarısında qlobal borc 7,5 trilyon ABŞ dolları artaraq yeni rekord həddə - 250,9 trilyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 255 trilyon dollar olacağı gözlənilir. 

EkoNews xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnsitututu (The Institute of International Finance - IIF) məlumat yayıb. 

Məlumata görə, yarım illik artımın 60%-dən çox ABŞ və Çinin payına düşüb.

Hazırda qlobal borc dünya üzrə ümumi daxili məhsulun dəyərindən 3,2 dəfə çoxdur. /Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR