"Rabitabank" 2020-ci ilin ilk yarısının nəticələrini açıqlayıb.
Bank ilk yarım ili 1 milyon 774 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,06 milyon manat və ya 2,7 dəfə azdır. Bu mənfəətin 1 milyon 129 min manatı birinci rübdə, 645 min manatı isə ikinci rübdə əldə edilib.
İlk yaprım ildə «Rabitabank»ın aktivləri 186,2 milyon manat və ya 25,1% artaraq 926,1 milyon manat olub. Bu dövrdə bankın müştərilərə kreditləri 1,8% artaraq 359,4 milyon manat təşkil edib.
Aktivlərin artımı nağd vəsaitlərin və banklardakı depozitlərin hesabına olub. Nağd pul vəsaitləri 127 milyon manat və ya 73,5% artaraq 220,3 milyon manata yüksəlib. Banklardakı depozitlər isə 87 milyon manat artaraq 241,9 milyon manat təşkil edib.
İlk yarım ildə «Rabitabank»ın öhdəlikləri 190 milyon manata yaxın artaraq 638 milyon manatdan 828 milyon manata yüksəlib. Belə böyük artım depozitlərin hesabına baş verib - 149 milyon manat. Bankın kapitalı isə 3,6 milyon manat azalaraq 97,8 milyon manata düşüb.