"Ramazan ayının birinci günü may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq”.
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin rəhbəri Əlirza Qafarov bildirib.
Onun sözlərinə görə, Ramazan ayı mayın ilk ongünlüyündən etibarən başlayacaq:
"Ramazan təqvimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında yaxın günlərdə yerləşdiriləcək".