Repititorlar bu məsələyə diqqət etməlidir (VİDEO)

Repititorlar bu məsələyə diqqət etməlidir (VİDEO)

Xüsusi karantin rejiminin yumşaldılmasının birinci mərhələsində repetitor və hazırlıq kurslarının da fəaliyyətinin bərpa edilməsinə icazə verilib. Qaydalara əsasən dərsin keçilmə şəraitində 10 nəfərdən artıq şagird olmamalıdır. Mütəxəssislər bu sayın da çox olduğunu düşünürlər.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Adil Qeybulla – Ekspert: "Əslində qeyd edilən o rəqəm də nisbidir. 10 nəfər şəxsin arasında da social məsafənin gözlənilməsi çox mühümdür”.

Elşən Qafarov – Ekspert: "Ən yaxşı halda 2-3 nəfərlik qruplarla dərslərin keçirilməsi daha uyğun variant olardı”.

Buarada hazırlıq kurslarının fəaliyət göstərdiyi məkan, repetiroun dərs dediyi otaqların sahəsi kimi məqamlar nəzərə alınmalıdır. Havalandırma sistemi qaydasına olmayan, darısqal məkanda uşaqların toplanması problemlərə gətirib çıxarar.

Elşən Qafarov – Ekspert: "Evlərdə də repititorluqla məşğul olan müəllimlərin dərs keçdiyi şəraitdə ev otaqlarınında ümumi sahəsi 20 kvadrat metrdən çox deyil, belə olan halda 10 nəfərlik qruplardan çox olmamaqla dərslərin başlanması düşünürəm ki, bir qədər tələsik verilmiş qərardır”.

Tibb işçiləri bildirir ki, əgər bu məsələyə məsuliyyətsiz yanaşılsa ikinci dalğa baş verə bilər. Ona görə də bütün təcrid qaydalarına əməl etmək vacibdir.

Adil Qeybulla – Ekspert: "Burada birinci növbədə çalışmaq lazımdır ki, sosial məsafələr, izolyasiya məsafələri gözlənilsin. Mütləq şəkildə maskadan istifadə edilsin və uzun müddət maskalarla bağlı müxtəlif rəylər vardır amma ümumdünya səhiyyə təşkilatının gəldiyi qənaət bundan ibarətdir ki, maskaların olması zəruridir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov həmçinin "Yumşaldılma tədbirləri çərçivəsində məktəblərdə tədrisin bərpası məsələsinə də baxılacağını” bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR