Rostov-Bakı birbaşa reysi açılır - Qiymət

Rostov-Bakı birbaşa reysi açılır - Qiymət

İyulun 6-da Bakı və Rostov arasında birbaşa aviareys açılır.

EkoNews Marja-a istinadla xəbər verir ki, uçuşlar Rusiyanın "İrAero" aviaşirkəti tərəfindən şənbə günləri "Suxoy Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bu barədə Rusiya aviadaşıyıcısı məlumat yayıb.

Biletin qiyməti 12 min rubldan (185 dollara yaxın) başlayır.

Uçuş müddəti 2 saatdır. Rostovdan təyyarə yerli vaxtla saat 15:00-da qalxacaq və Bakıya saat 18:20-də çatacaq. Bakıdan uçuş saat 12:50-də, Rostova çatma yerli vaxtla 13:50-də olacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR