Ruhani qiymət artımından gələn gəlirlərin hara xərclənəcəyini açıqladı

Ruhani qiymət artımından gələn gəlirlərin hara xərclənəcəyini açıqladı

İran benzin qiymətlərinin artımından sonra əldə olunan qazancın aztəminatlı insanlara veriləcəyini açıqlayıb.
 
EkoNews Bloomberg-ə istinadən xəbər verir ki, İran prezidenti Ruhani Nazirlər Şurasının iclasından sonra, məsələ ilə bağlı cümə günü verdiyi açıqlamasında 4 ildir benzininin qiymətlərində heç bir dəyişiklik etmədiklərini, iqtisadi böhrana baxmayaraq bu artımın aztəminatlı insanlara kömək məqsədi ilə edildiyini bildirmişdi.
O, burdan gələn bütün gəlirlərin 60 milyon insana paylanacağını deyib.

İranda hazırda 18 milyon ailəyə adambaşına 45 milyon tümən yardım edilir. Benzinin qiymət artımından sonra isə bu məbləğ 1 nəfər üçün 55 min, 2nəfərlik ailə üçün 103 min, 3 nəfərlik ailə üçün 138 min, 4 nəfərlik ailə üçün 182 min və 5 nəfərlik ailə üçün isə 205 min tümənə qədər artacaq.
 
Xatırladaq ki, İranda bir neçə gün öncə benzinin qiyməti 50%-dən çox artırılıb.  İran Milli Neft Məhsulları Şirkətinin açıqlamasına görə, subsidiya edilən benzin aylıq 60 litrədək min tüməndən 1500 tümənə yüksəldilib. Avtomobil başına bir ay içərisində 60 litrdən çox benzin alınsa, litrin qiyməti 3 min tümən olacaq.
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla sıxıntı içərisində olan xalq benzinin qiymət artımından sonra küçələrə çıxaraq etiraz aksiyalarına başlayıb.
 

Qeyd edək ki, etiraz aksiyaları davam edərkən hökumətin atdığı bu addımın aksiya iştirakçılarını razı salaraq sakitləşdirə biləcəyi hələki məlum deyil.
 
Günay


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR