Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması qadağan edildi

Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması qadağan edildi

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanda keçirilən Rusiya əleyhinə etirazların ardından Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçmasını müvəqqəti olaraq qadağan edən fərmanı imzalayıb.


EkoNews Marja-a istinadla xəbər verir ki, Putin tərəfindən imzalanan fərmana görə, Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması 8 İyuldan etibarən müvəqqəti olaraq qadağan olunub.


Gürcüstanda olan Rusiya vətəndaşlarının Rusiyaya qayıdışı üçün lazımi dəstəyin təmin edilməsi tapşırığının verildiyi fərmanda, tur şirkətlərinə də Gürcüstana tur satışlarını dayandırmaq tövsiyəsi verilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR