Rusiyadan siqaret idxalı azalıb, Ukraynadan isə artıb
27 Noyabr, 10:58   |    Baxış sayı: 30

Rusiyadan siqaret idxalı azalıb, Ukraynadan isə artıb

Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 93 mln. 329,97 min dollar məbləğində siqaret idxal edib ki, bu da ötən ilin anloji dövrünün göstəricisindən 15,2% azdır. Bu barədə hökumətdən məlumat verilib.
 
Hesabat dövründə Azərbaycana ən iri siqaret tədarükçüsü Ukrayna olub. Bu ölkədən  76 mln. 492,67 min dolar  məbləğində (artım 27,6%) siqaret idxal olunub.
 
Bundan başqa, 2018-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana 9 mln. 614,2 min dollar (azalma 79,4%) məbləğində siqaret idxal olunub.
 
Azərbaycana siqaret idxal edən ölkələrdən biri də Belarus olub. 9 ay ərzində Belarusdan 7 mln. 129,1 min dollar  (artım 3,3 dəfə) dəyərində siqaret idxal edilib.
 
Bütövlükdə, respublikaya siqaret tədarükünün 81,9%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.
 
2017-ci ildə Azərbaycana 159 mln. 894,81 min dollar məbləğində siqaret daxil olmaqla, 160 mln. 54,33 min dollar dəyərində tütün məmulatları idxal edilmişdi. //İnterfaks-Azərbaycan