Sahibkarlar üçün ən yaxşı şəhərlər – Reytinq

Sahibkarlar üçün ən yaxşı şəhərlər – Reytinq

"Movinga” şirkəti sahibkarlıq fəaliyyəti üçün ən yaxşı 75 şəhərin reytinqini dərc edib.

Reytinqin lideri Böyük Britaniyanın London şəhəridir.

Mütəxəssislərin fikrincə, Şərqi Avropa regionunda sahibkarlar üçün ən yaxşı şəhər Estoniyanın paytaxtı olan Tallin şəhəridir (reytinqdə 29-cü yer).

Praqa şəhəri 47-ci, Budapeşt 56-cı, Buxarest 69-cu, Tbilisi isə reytinqdə 75-ci yer alıb.

Azərbaycanın şəhərləri reytinqə daxil olmayıb.

Qeyd edək ki, qiymətləndirilmə aşağıdakı kriteriyalar üzrə aparılmışdır:

Restoran biznesinin açılması
Texnoloji/rəqəmsal biznesin açılması
İdxal/ixrac biznesin açılması
 
Dünyanın sahibkarlıq fəaliyyəti üçün ən yaxşı şəhərlərinin reytinqi:

1.London
2.Barselona
3.Nyu-York
4.Sinqapur
5.Amsterdam
6.Vankuver
7.Los-Anceles
8.Kuala-Lumpur
9.Sidney
10.İstanbul
 
Restoran sənayesi sahəsində ən yaxşı şəhərlər:

1.Lissabon
2.Barselona
3.İstanbul
 
Texnologiyalar sahəsində ən yaxşı şəhərlər:

1.San-Fransisko
2.London
3.Nyu-York

İxrac/idxal biznesi üçün ən yaxşı şəhərlər:

1.Sinqapur
2.Şanxay
3.Amsterdam

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR