Sahibkarlara güzəştli kreditlər dayanmayıb (RƏSMİ)

Sahibkarlara güzəştli kreditlər dayanmayıb (RƏSMİ)

Azərbaycanda koronavirus pandemiyası səbəbindən bir çox banklar istehlak üzrə kreditlərin verilişində məhdudiyyət tətbiq etsələr də real sektor üzrə ayrılan kreditlərin verilişində fəaliyyət normal qaydada gedir.

EkoNews xəbər verir ki, bunu Banker.az-ın sorğusuna cavab olaraq, ölkə banklarından bildirilir.
"İndiki halda hər bir şəxsin müraciət etməsi təbbi mümkün deyil” – deyə bankdakı mənbə bildirsə də, "ayrılmış çərçivədə” kredit verilməsinin davam etdiyini bildirir.

Hazırda, korporativ, eləcə də Aqrar Kredit və İnkişafı Agentliyi (AKİA) və Sahibkarlığın İnkişafı Fondunun (SİF) müvəkkil bankları kreditləşmənin əvvəlki qaydada getdiyini bildirirlər.

Lakin bəzi bank müştərilərin isə bununla bağlı kreditləşmədə müraciət etməkdə çətinlik çəkildiyini bildiriblər.

Banker.az-ın sorğusuna cavab olaraq AKİA da qeyd edir ki, "aqrar kreditlərin verilişi ilə bağlı heç bir məhdudiyyət yoxdur”. Yəni, əvvəlki kimi kreditləşmə davam edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR