Salyanda 4 min ton üzüm yığılıb
07 Noyabr, 13:24   |    Baxış sayı: 17

Salyanda 4 min ton üzüm yığılıb

Salyanda üzüm yığımı başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından ötən ildəkin 2,5 dəfə çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, salyanlı bağbanlar rayonda mövcud olan 932,9 hektar üzüm bağından 4 min 540 ton məhsul tədarük ediblər. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub.

Ötən ilə nisbətən bu il bağlarda bol məhsul yetişdirildiyindən üzümün qiyməti də xeyli ucuz olub. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif ediblər.

Qeyd edək ki, salyanlı bağbanlar ötən il üzüm sahələrindən 1945 ton məhsul yığıblar. //AZƏRTAC