Şamaxıda sakinlərə maska paylanılmasına başlanılıb (FOTOLAR)

Şamaxıda sakinlərə maska paylanılmasına başlanılıb (FOTOLAR)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Şamaxı rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Ekonews.az 7news.az-a istinadən xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları ərzaq mağazalarında sahibkarlar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıb, mağazalarda sanitar-gigyenik tələblərin yerinə yetirilməsi səviyyəsi ilə maraqlanıb, vətəndaşların mağazalara növbəlilik əsasında və əllərinin spirtlə dezinfeksiya edildikdən sonra daxil olmaları, maska və əlcəkdən istifadə etmələrinə nəzarət edilib. Həmçinin rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış maskalar mağaza və küçələrdə sakinlərə paylanılıb.

Vətəndaşlara bir daha xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR