Samsung’un hansı cihazlarına Android 10 gələcək ?- Siyahı

Samsung’un hansı cihazlarına Android 10 gələcək ?- Siyahı

Bildiyiniz kimi Android 10 Sentyabr ayında stabil olaraq yayımlandı. Saf android cihazlara daha tez gələn yenilənmə müxtəlif interfeyslərə malik cihazlara isə müəyyən bir vaxtdan sonra gəlir. Məsələn MİUİ,EMUİ,ColorOS.FlymeOS,OneUİ kimi interfeysləri olan cihazlara test mərhələlərindən keçdikdən və optimallaşdırma işləri tamamlandıqdan sonra gəlir. Samsung Members App istifadəçiləri tərəfindən aşkarlanan mənbələrə görə aşağıda siyahıda göstərilən cihazlara Android 10 Stabil versiya veriləcək.

Ümumi olaraq 28 fərqli Samsung telefonu OneUİ 2.0 ilə birliktə Android 10 yenilənməsini alacaqlar.

Siyahıya keçmədən əvvəl qeyd edək ki, Galaxy S10, Note 10 və Note 9 seriyaları bu yenilənməni 2020-ci ilin Yanvar ayında alacaqlar. Siyahıdaki digər cihazlar isə Aprel 2020-də Android 10 və OneUİ 2.0 yenilənməsini alacaqlar. Digər tərəfdən Samsung Fold, Galaxy M seriyası, Galaxy A50S bu siyahıda yer almır. Bu siyahı rəsmi olaraq Samsung tərəfindən verilmədiyi üçün çox güman bəzi modellər yenilənmə planına sonradan əlavə ediləcək.

Galaxy S10+
Galaxy S10
Galaxy S10e
Galaxy Note10+
Galaxy Note10
Galaxy Note9
Galaxy S9+
Galaxy S9
Galaxy Tab S6
Galaxy Tab S5e
Galaxy Tab S4 10.5
Galaxy Tab A 10.1 (2019)
Galaxy Tab A 8 (2018)
Galaxy Tab 10.5
Galaxy A80
Galaxy A70
Galaxy A50
Galaxy A30s
Galaxy A30
Galaxy A20s
Galaxy A20
Galaxy A10s
Galaxy A10
Galaxy A9 (2018)
Galaxy A7 (2018)
Galaxy J8
Galaxy J6+
Galaxy J6

Technote

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR