Şəhərlər arası gecə avtobus reyslərinin sayı artırılacaq

Şəhərlər arası gecə avtobus reyslərinin sayı artırılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 

EkoNews xəbər verir ki, bu barədə qurumdan bildirilib. 

Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: "Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub”. 

Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR