Səhv iqtisadi qərarlarının qurbanı olan Mübariz Mənsimov - ARAŞDIRMA

Səhv iqtisadi qərarlarının qurbanı olan Mübariz Mənsimov - ARAŞDIRMA

Həbsdə olan tanınmış iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun barəsində bəzi detallar məlum olub.

Məlumata görə, Rusiya və bu ölkənin şirkətləri Mübariz Mənsimovun oğurladığı vəsaitlərin qaytarılmasını tələb edə bilər. Qeyd edilir ki, Rusiyanın səbri çoxdur, amma bir gün qanunları pozaraq dövlətdən milyardlarla vəsait oğurlayanlar layiqli cəzalarına çatırlar. Mübariz Mənsimovun da iri məbləğdə törətdiyi vergi cinayətləri nə onun özü üçün, nə də Rusiya büdcəsi üçün təsirsiz ötüşüb. Yəqin ki, onun Türkiyədə saxlanılması həm də Moskvadan göndərilmiş sorğu əsasında ola bilər. Əgər belə olubsa, Rusiya tərəfi çox güman ki, ölkədə də törətdiyi vergi cinayətlərinə dair çox sayda təkzibolunmaz dəlilər təqdim edib.
Məlumata görə, 2012-2013-cü illərdə Rusiyada iş adamları kütləvi şəkildə vergidən yayınmaq üsullarından yararlanırdı. İndi də bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır. Türkiyəli iş adamı da sadəcə vəziyyəti başa düşməyib və yerinə yetirə bilməyəcəyini bilə-bilə öhdəliklər götürüb, yəni açıq-aşkar dələduzluqla məşğul olub. Bu halda iş adamının Rusiyaya təhvil veriləcəyi inandırıcı görünməsə də, Türkiyə tərəfinin xoş məram göstərəcəyi halda həm Rusiyanın, həm də aldadılmış şirkətlərin pulları qaytarıla bilər. Hər iki ölkənin prezidentləri də dəfələrlə sübut ediblər ki, Rusiya ilə Türkiyə uzunmüddətli əməkdaşlığı qarşıya məqsəd qoyublar.

Qeyd edək ki, başı qalmaqallara qarışan iş adamı ilə bağlı yerli və xarici mətbuatda xeyli sayda təsdiqlənmiş məlumatları yayılıb. Rusiyanın tanınmış nəşrlərindən biri olan "Moskovskiy Komsomolets” tərəfindən dərc olunan məqalədə bildirilib M.Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib. Türkiyəli iş adamı M.Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib. Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş "Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti "Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni şəxsdir, yəni Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd, "Deloitte Malta” audit şirkətinin hesabatına əsasən "Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasında "Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə "Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı - 40 milyon dollar ödənilib. Baxmayaraq ki, "Palmali” MMC-nin səhmlərini "Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixinə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz - 6,1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44,8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1,22 milyon dollar ödəyib. 

Xatırladaq ki, Türkiyədə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib, menecer Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR