Sənaye parklarında 9 minə yaxın yeni iş yeri açılıb

Sənaye parklarında 9 minə yaxın yeni iş yeri açılıb

İndiyə qədər Azərbaycanın sənaye parklarına 3,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

EkoNews Report-a istinadla xəbər verir ki, bu barədə Masallıda mebel məhsullarının sərgi satış mərkəzinin açılışında bildirilib.

Tədbirdə həmçinin qeyd edilib ki, sənaye parklarında 9 minə yaxın yeni iş yeri yaradılıb. Növbəti mərhələdə daha 400 milyon dollar investisiya qoyuluşu, 1 600-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyə qədər sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib. Bunun da 267 milyon manatlıq hissəsi ixrac olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR