Sentyabr-oktyabrda bankları nə gözləyir? – Ekspertdən bədbin proqnoz

Sentyabr-oktyabrda bankları nə gözləyir? – Ekspertdən bədbin proqnoz

"Sentyabr-oktyabr aylarında biz daha bir neçə bankın maliyyə durumunun ağırlaşmasının şahidi olacağıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ümumi bank sektorunda böyük problemlər yaşanacaq:

"Çünki hökümətin verdiyi qərara görə, karantin rejimi ilə sentyabr ayına kimi bütün növ kreditlərlə bağlı gecikmələr olsa, onlara cərimələr hesablanmayacaq. Bu qərar onu deməyə əsas verir ki, hökümət bu gecikmələrin olacağını bilir və gözləyir. Cünki insanların işi yoxdur, qazancları azalıb. Həm iş adamları, həm sadə vətəndaşlar, həm də istehlak kreditləri götürən insanların vəsaitləri yoxdur ki, krediti qaytarsınlar. Sentyabara kimi cərimələrin hesablanmaması həm biznesə, həm də insanlara bir az da rahatlıq gətirəcək”.

Ekspertin fikrincə, sentyabr ayına kimi problemli kreditlərin həcmi kifayət qədər yüksələcək: 

"Bu, indinin özündə belə yüksəkdir. Ölkə üzrə ümumi kredit portfelinin 9%-ni problemli kreditlər təşkil edir. Müqayisə üçün onu deyim ki, inkişaf etmiş ölkələrdə problemli kreditlərin kritik həddi 3 %-dir. Biz artıq bunu 3 dəfə keçmişik. Sentyabr-oktyabr aylarında  bu, bir az da yüksələcək”.
Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərinin həcminin artması bütün bank sektorunu stresli vəziyyətə soxacaq:
"Payız aylarında biz daha bir neçə bankın maliyyə durumunun ağırlaşmasının şahidi olacağıq”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR