Şəxsiyyət vəsiqələrinin alınmasında ərazi məhdudiyyəti ləğv edildi

Şəxsiyyət vəsiqələrinin alınmasında ərazi məhdudiyyəti ləğv edildi

Bu gündən şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

EkoNews xəbər verir ki, bu gündən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Bu, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir "ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR