Şikayətlərin sayı 2 dəfə artıb

Şikayətlərin sayı 2 dəfə artıb

2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.

EkoNews İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Şikayət halları "Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR