Sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasında sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün keçirilən attestasiyanın nəticələri açıqlanıb.

EkoNews xəbər verir ki, Palatadan bildirilib ki, attestasiyada iştirak edən 4 namizəddən 3-ü keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən, attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR