Sığortaçı:

Sığortaçı: "BakuBus”un iştirakı ilə baş verən sığorta hadisələri azalıb

"Hazırda "BakuBus” MMC-nin avtobuslarının iştirakı ilə gün ərzində bir neçə sığorta hadisəsi baş verir”.

EkoNews "Report"-a istinadən xəbər verir ki, bunu "PAŞA Sığorta" ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəhbəri Azər Kərimov bildirib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə "BakuBus”un sürücüləri xeyli təkmilləşib və sığorta hadisələrinin sayı azalıb: "2-3 il bundan əvvəllə müqayisədə sığorta hadisələrinin sayında və miqyasında yarıbayarı azalma var. Halbuki, əvvəllər bu nəqliyyat vasitələri çox qorxulu idilər. Bu gün mən özüm də müşahidə edirəm, hətta qayda pozuntusu olanda qeyd edib onların rəhbərliyinə çatdırıram", - deyə o qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR